Xəqani parkında görülən işlər dayandırıldı – FOTOFAKTbackend

Xəqani parkında görülən işlər dayandırıldı - FOTOFAKT

Oktyabrın 14-də sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xəqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.

KONKRET.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər görülüb, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*