BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı-COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Dünyanın diqqətlə izlədiyi bu tədbirə ev sahibliyi edən Azərbaycan bununla özünün siyasi imicini bir daha artırdı.
Bunu KONKRET.az–a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov da təsdiqləyib:
”COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin siyasi-iqtisadi və digər istiqamətlərdəki gücündən, beynəlxalq aləmdəki nüvuzundan xəbər verir. Azərbaycanın belə beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi etməsi itqisadi gücü və resursları gündəmə gətirir. Nəzərə alaq ki, COP29-un Azərbaycanda keçirilməsinə iki yüzə qədər dövlət səs verib. Bu, ərzazi bütövlüyümüzün, suvernliyimizin təmin edilməsi baxımından mövcud reallıqların qəbul edilməsini gündəmə gətirir. Hazırkı konfransa dünyanın yüzə qədər dövlət və hökumət başçılarının, vitse prezidentlərinin, eyni zamanda nümayəndə heyyətlərinin təşrif buyurması Azərbaycanın nüvuzuna müsbət təsir göstərir. Ümumiyyətlə, bu tədbirin baykot edilməsi Fransa kimi dövlətlərin ucuz cəhdlərindən, cılızlığından xəbər verir. Çünki bu tədbir Azərbaycanın deyil, qlobal səviyyədə iqlim dəyişmələri ilə bağlı problemlərin müzakirə edildiyi plarformadır. COP BMT-nin tədbiridir və bütün dünya dövlətlərini maraqladıran tədbirdir. İqlim dəyişmələri təkcə Azərbaycana deyil, bütün dünyanın problemidir. Bunun da zərərli nəticələrindən hər kəs öz payını götürür. Belə uğursuz cəhdlər bir daha göstərdi ki, bəzi dövlətləri mövcud problemlərin həlli maraqlandırmır. Onları daha çox maraqlandıran öz şəxsi ambisiyalarıdır. Biz bütün beynəlxalq öhdəliklərə yanaşdığımız kimi, bu məsələdə də üzərimizə düşəni layiqincə yerinə yetirdik. COP29-un müsbət nəticələri bundan sonra da bizim beynəlxalq aləmdə imicimizə müsbət təsir göstərəcək”.
Vəli Həsənoğlu,
KONKRET.az