“Biz Ermənistan hökumətindən Azərbaycan və Türkiyə ilə xəyanətkar danışıqları dayandırmağı tələb edirik”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Miasin” (“Birgə”) alternativ ictimai-siyasi hərəkatının bəyanatında deyilir. Hərəkat Ermənistan hökumətindən xain danışıqları dayandırmağı tələb edir. Bəyanatda qeyd olunur ki, ABŞ-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlar “münasibətlərin nizamlanmasına dair saziş” adlı sənəd çərçivəsində baş tutub. Bu, Ermənistan hakimiyyətinin bədnam sülh müqaviləsinin yeni versiyasıdır.
“Miasin” alternativ ictimai-siyasi hərəkatı Azərbaycanla bu formatda danışıqların aparılmasını qətiyyətlə pislədiyini bəyan edib: “Ararat Mirzoyan ilk növbədə Müstəqillik Bəyannaməsinin və Ermənistan parlamentinin məlum qərarının bütün əsas müddəalarını kobud şəkildə pozur. Ona görə də, biz Ermənistan hökumətindən Azərbaycan və Türkiyə ilə bağlı bu cür xəyanətkar danışıqları dayandırmağı tələb edirik. Əks halda onlar dövlət xainləri kimi Ermənistan qanunlarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – Miasin hərəkətının bəyanatında deyilir.
Ermənilər Qarabağda milli azlıq deyillər. Bazarlıq edənləri şərəfsiz sonluq gözləyir. Onların (Paşinyan -red) imzaladığı kağızlar, müqavilələr heç nədir. Milli-dövlət maraqları mütləq prioritetdir”, – deyə bəyanatda vurğulanır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
.