Xəzər dənizinə hücum: Gəmilər vuruldubackend

Xəzər dənizinə hücum: Gəmilər vuruldu

Noyabrın 6-da Ukrayna Hərbi Hava Qüvvələrinin A-22 pilotsuz təyyarələri (“Aeroprakt”) cəbhə xəttindən 700 kilometr aralıda yerləşən Rusiyanın Xəzər donanmasına hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks məlumat verib.

Məlumata görə, partlayış nəticəsində 3 gəmi, o cümlədən 2 “Qepard” sinifli freqat, böyük gəmilər, eləcə də kiçik korvet “Buyan” zədələnib.

Eks qeyd edir ki, zədələnmiş gəmilər Xəzər flotiliyasının gücünün təxminən üçdə birini təşkil edə bilər.

Analitik vurğulayır ki, bu, Ukraynanın “A-22” pilotsuz təyyarələrinin ən uzaq məsafəyə zərbələrindən biridir.

Xatırladaq ki, bu ilin may ayında pilotsuz təyyarələrdən biri Rusiyanın Salavati şəhərində, cəbhə xəttindən 800 km məsafədə yerləşən neft emalı zavodunu vurmuşdu./teleqrafcom

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*