Ukrayna xüsusi əməliyyat qüvvələri Kareliyada Rusiyanın “Qrad” kiçik raket gəmisinin məhv edilməsi əməliyyatını açıqlayıb.
KONKRET.az məliyyat oktyabrın 4-də keçirilib. Xüsusi təyinatlılar tərəfindən Baltikdən Xəzər dənizinə doğru hərəkət edən “21631 Buyan-M” raket gəmisi (quyruq nömrəsi 575) məhv edilib.
Zərbə hərəkət bölməsinin sağ tərəfinə dəyib və gəmiyə ciddi ziyan vurub.
Əlavə təfərrüat hələ də dəqiqləşdirilir.
Məlumata görə, “Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik Donanmasına təhvil verilib. Gəminin əsas silahı Ukraynaya zərbələr endirmək üçün istifadə edilən “Kalibr” raket sistemidir.