Ağdam rayonunun Xıdırlı kəndinə yol salınan köç karvanı məntəqəyə çatıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, yenidən qurulan Xıdırlı kəndinə 236 nəfər (60 ailə) qayıdıb.
Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.