Xidmət rəisi: Əfqanıstanda bu cəhdlərin qarşısı alınmalıdırbackend

Xidmət rəisi: Əfqanıstanda bu cəhdlərin qarşısı alınmalıdır

Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda  “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd  Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

“Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələri və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*