“ABŞ Çinin haqlı narahatlıqlarını ciddi qəbul etməli və inkişafını cilovlamağı dayandırmalıdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə dekabrın 23-də telefon danışığı zamanı bildirib:
“Birləşmiş Ştatlar eyni vaxtda dialoqa can atıb, əməkdaşlıqdan danışa və bıçaqlaya bilməz”, – nazir deyib.
O xatırladıb ki, ABŞ-ın Çini sıxışdırmaq siyasəti köhnə qorxutma strategiyasıdır.
“Bu, keçmişdə işləməyib və gələcəkdə də işləməyəcək. Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək”, – deyə nazir bildirib.
Qeyd edək ki, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden noyabrda İndoneziyada keçirilən G20 sammiti çərçivəsində Blinkenin 2023-cü ilin əvvəlində Pekinə səfər edəcəyi barədə razılığa gəlib.
İqbal Rzayev,
KONKRET.az