Xoakin Feniks çəkiliş zamanı huşunu itirdibackend

Xoakin Feniks çəkiliş zamanı huşunu itirdi

“All Fears Bo” filmində rol alan aktyor Xoakin Feniks səhnələrdən birinin çəkilişi zamanı yıxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə filmin rejissoru Ari Aster məlumat verib.

Bu, aktrisa Petti Lyupon ilə gərgin səhnə zamanı baş verib. Rejissor əvvəlcə çox qəzəbləndiyini də gizlətməyib.

Eyni zamanda o, qeyd edib ki, hadisə olduqca “poetik” alınıb.

Xatırladaq ki, “All Fears Bo” filmi anasını ziyarət etmək üçün doğma şəhərinə yollanan paranoidal bir şəxsin hekayəsindən bəhs edir. Ekran əsərinin dünya premyerası aprelin 20-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*