Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş zamanı Xocalı sakini olan qadınla Prezidentin maraqlı dialoqu baş tutub.
Həmin dialoqu təqdim edirik:
Qadın sakin: 1992-ci ildə.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bir şəhid ailəsi kimi sənə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də ki, Vətən müharibəsi şəhidlərinin qanını biz döyüş meydanında aldıq, onların qisasını aldıq və ədaləti bərpa etdik. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
Qadın sakin: Onun qəbrini ki, gördüm, çox sağ olun. Nənən sənə qurban olsun.
Prezident İlham Əliyev: Sağ olun.