Xocalıdan 5 yaşlı qız – Qəbir açılacaqbackend

Xocalıdan 5 yaşlı qız - Qəbir açılacaq

Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyiti qalıqları ekshumasiya edilib.

KONKRET.az report-a istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, I Şəhidlər xiyabanında “Xocalıdan 5 yaşlı qız” adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib:

“Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*