Xomenei danışıqların nəticəsinə inanmır, İran isə ABŞ-la təmas qurur: Tehranın məqsədi nədir? – ŞOK DETALLARbackend

Xomenei danışıqların nəticəsinə inanmır, İran isə ABŞ-la təmas qurur: Tehranın məqsədi nədir? - ŞOK DETALLAR

“Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ-la danışıqların effektivliyinə şübhə edirəm”. Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib. O bildirib ki, danışıqların nəticə verəcəyini düşünmür. Maraqlıdır ABŞ-la danışıqların uğurlu olacağına inanmayan İran və onun Ali rəhbəri niyə bu proseslərdə iştirak edir? Ümumiyyətlə, danışıqların getdiyi bir vaxtda Xomeneinin belə bir fikir səsləndirməsi nə ilə bağlıdır?

Mövzunu KONKRET.az-a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan şərh edib:

Sədrəddin Soltan: İran'da ara qarışa bilər - KAFKASSAM - Kafkasya Stratejik  Araştırmalar Merkezi

“Xomenei özünü və ölkəsini ABŞ-la aparılan danışıqların nəticəsindən sığortalamağa çalışır. O, həmin bəyanatında ABŞ Prezidenti Donald Trampı “yalançı” adlandırıb. İran hakimiyyəti birbaşa olmayan görüşlərə başlasa belə, daim belə təmaslardan qaçmağa çalışır. Əsas səbəb isə Tehran hakimiyyətinin perspektiv məyusluğudur. Yəni bu tip çıxışlar İran hakimiyyətinin özünü sığortalaması üçündür. Onlar ABŞ-a inanmadıqlarını bildirirlər və beynəlxalq ictimaiyyətin təzyiqləri sayəsində bu görüşlərə qatıldıqlarını mesaj kimi ötürməyə çalışırlar. Amma real hadisələr başqa məsələləri göstərir. Belə ki, İran hakimiyyətinin ABŞ-la istənilən formada danışıqlara getməkdən başqa yolu yoxdur. Çünki ya regionda hərbi əməliyyatlar başlamalı, ya da məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Tehran hakimiyyətinin təmsilçiləri ABŞ-a qarşı çıxışları ilə həm də mövqelərini Vaşinqtona baha qiymətə satmaq istəyirlər. Bu baxımdan Xomeneinin, yaxud İranın başqa rəsmilərinin çıxışları daha çox Qərbi hədələmək ritorikası üzərində qurulub”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*