Xomeyninin məqbərəsininin ətrafı BOMBALANDIbackend

Xomeyninin məqbərəsininin ətrafı BOMBALANDI

İsrail Hərbi Hava Qüvvələri Tehranın cənubunda yerləşən, İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyninin məqbərəsi yaxınlığında hava zərbələri endirib. Bu barədə məlumatı İran mediası yayıb.

KONKRET.az xəbər verir ki, zərbələr İslam Respublikasının ideoloji və tarixi simvoluna çevrilmiş ziyarətgahın yaxınlığında baş verib. Qeyd edək ki, həmin ərazidə Xomeyni ilə yanaşı həyat yoldaşı, oğlu və bir sıra yüksək vəzifəli İran rəsmilərinin məzarları yerləşir.

Hücumun dəqiq nəticələri və dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*