Xoşqədəm onları oğurluqda ittiham etdibackend

Xoşqədəm onları oğurluqda ittiham etdi

Aparıcı Xoşqədəm Hidayətqızı digər sosial veriliş aparıcılarına söz atıb.

KONKRET.az axşam.az-a istinadla xəbər verir ki, “Səni axtarıram” verilişi mövsüm finalı edən aparıcı onları oğurluqda ittiham edib.

O bildirib ki, həmkarları onun ideyalarını oğurlayır:

“Özümə qərar verdim ki, bir çox şeyi sadə edim. Hər şeyin əsasını qoyuram, yaradıram. Hesabatın, başlanğıcın əsasını qoydum. Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım. Bir dəfə də mən fikirləşməyim, beynimi çatlatmayım. Utanmadan, üzüm qızarmadan, peşəyə əks olan şeyi edim. Düşündüm ki, bu dəfə bağlanışı belə sadə edim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*