Xosrov Arutyunyan: “Yeni Ermənistan-Azərbaycan müharibəsi qapımızı döyür”backend

Xosrov Arutyunyan: "Yeni Ermənistan-Azərbaycan müharibəsi qapımızı döyür"

“Yeni Ermənistan-Azərbaycan müharibəsi qapımızı döyür”.

KONKRET.az xəbər verir ki, bu sözləri 1992-93-cü illərdə Ermənistanın baş naziri olmuş Xosrov Arutyunyan bildirib.

Onun sözlərinə görə, “Son 5-6 il ərzində Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində biz nəinki təkcə 44 günlük ikinci Qarabağ müharibəsini uduzduq, eləcə də dövlət təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün heç bir  addım atmadıq”.

O daha sonra deyib: “Bu, hakimiyyətin nə fəaliyyətsizliyindən doğur, nə də səriştəsizliyindən. Mənə elə gəlir ki, hakimiyyət bu addımları planlı şəkildə atır. İndi müxalifət deyir ki, Nikol Paşinyan hakimiyyət kürsüsündən bərk yapışmaq üçün bu addımı atır. Xeyr, bu, elə deyil. Yəni yalnız yanaşmadır. Nikol və onun komandasının bütün fəaliyyəti proqramlaşdırılıb və addım-addım gerçəkləşdirilir. Düşünürəm ki, biz indi həmin proqramın müəyyən mərhələsindəyik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*