Xudatda ana azyaşlı övladına xəsarətlər yetirdi – YENİLƏNİBbackend

Xudatda ana azyaşlı övladına xəsarətlər yetirdi - YENİLƏNİB

Xudatda anası tərəfindən döyülən azyaşlı və ailədəki digər iki uşaq nəzarətə götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

“Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”, – deyə o bildirib.

Digər tərəfdən DİN də Xudatda anası tərəfindən döyülən azyaşlı ilə bağlı açıqlama verib. Apa-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.

***

20:42

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.

KONKRET.az xəbər verir ki, hadisə M. Əbilov küçəsində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.

Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*