Azərbaycana təhvil veriləcək Aşağı Əskipara kəndində yaşayan ermənilər kənddə yerləşən kilsənin ərazisini minalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TV “Müsavat”ın efirində hadisələri şərh edən jurnalist Rauf Arifoğlu bildirib. Jurnalist kənd sakinləri ilə Ermənistan polisi arasında əlbəyaxa insidentin olduğunu qeyd edib:
“Hazırda ərazidə minatəmizləmə əməliyyatları başlayıb. Qazaxın kəndləri tamamilə başqa kateqoriyadır. Bu Ermənistanın işğalını birbaşa sübut edən faktdır. Ermənistan Qarabağdakı işğalı “separatçılıq” adı altında gizlətməyə çalışırdı, amma Qazaxın kəndləri ilə bağlı onların əlində heç bir arqument yoxdur”.
Rauf Arifoğlu Paşinyanın 4 kəndi Azərbaycana qaytarmaqla, ölkəsinin işğalçı olmasını dolayı yolla etiraf etdiyini diqqətə çatdırıb:
“Azırbaycanın istədiyi formatda böyük Qazax anlaşması oldu. Heç bir vasitəçi olmadan kəndlərin təhvil verilməsi prosesi başlandı. Kəndlilərin etiraz aksiyası keçirməsinin heç bir mahiyyəti olmayacaq”.
Ermənistan polisi ilə Aşağı Əskipara sakinləri arasında olan insident görüntülərini təqdim edirik:
