Xüsusi təyinatlılar “Üç qardaş – 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər etdilər – FOTOLARbackend

Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər etdilər - FOTOLAR

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Bildirilib ki,  təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*