Xviça Kvaratsxeliya və digər gürcü futbolçu Fransada qarət edildibackend

Xviça Kvaratsxeliya və digər gürcü futbolçu Fransada qarət edildi

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət ediliblər.

KONKRET.az “Geo Team”a istinadən xəbər verir ki, hər iki oyunçunun qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb.

Hadisə futbolçular ailələri ilə Kann şəhərində istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2024/2025 mövsümündə PSJ-nin heyətində Çempionlar Liqasının qalibi olub. Davitaşvilinin çıxış etdiyi “Sent-Etyen” isə ötən mövsüm Liqa 1-i 30 xalla 17-ci sırada tamamlayaraq aşağı dəstəyə yuvarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*