“Azərbaycanlılar deyəndə ki, yolu onlar bağlamayıb, qəribə də olsa, doğru deyirlər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan deyib. O bəyan edib ki, ekoloji fəallar magistral yolu bağlamayıb, Laçın yolunu Rusiya sülhməramlıları bağlayıb.
“Ruslar yolu hər iki tərəfdən bağlayıb”, – Xzmalyan deyib.
Xzmalyanın müvafiq çıxışı sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Ermənistanda bir çox siyasətçilər yolu bağlayanların məhz Rusiya sülhməramlıları olduğuna inanırlar.
Xuraman Etibarlı,
KONKRET.az