Yağıntılı və küləkli hava müşahidə olunub – FAKTİKİ HAVAbackend

Yağıntılı və küləkli hava müşahidə olunub - FAKTİKİ HAVA

İyulun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə,düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

 

Şimal-şərq küləyinin maksimal sürəti Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*