Yakob Neestrup: “Qarabağ”ın güclü olduğunu bilirdikbackend

Yakob Neestrup: “Qarabağ”ın güclü olduğunu bilirdik

“Əvvəldən “Qarabağ”ın güclü olduğunu bilirdik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra danışarkən deyib.

37 yaşlı mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib: “Şanslar 50/50-yə idi. Birinci hissədə xüsusilə rəqib mükəmməl oynadı. İkinci hissədə biz aktiv olduq. Təəssüf ki, şansları dəyərləndirə bilmədik. “Qarabağ” qələbəyə layiq idi. Nəticə də bunu göstərdi”.

O, “Qarabağ”a qarşı ikinci dəfədir oynadıqlarını deyib: “Fərdi səhvlər üzündən məğlub olduq. Hər bir rəqibə hörmət edirik. Onların avrokubok təcrübəsi var. “Qarabağ”ın peşəkar oyunçuları var. Xüsusilə baş məşqçisi çox mükəmməldir. Onlar çox yaxşı oyun göstərirlər. Ağdam klubuna uğurlar arzu edirəm”.

Rəqib baş məşqçi məğlubiyyətin stadiondakı atmosferə aidiyyəti olmadığınını vurğulayıb: “Bu gün stadionda çox yaxşı ab-hava vardı. “Qarabağ” mükəmməl nəticələr göstərir. Çempionlar Liqasında çox uğurlu çıxış edirlər. Biz məğlub olsaq da, bu, hər şeyin sonu deyil. Qarşıdakı oyunlara hazır olmaq lazımdır. 3 ildən artıqdır “Kopenhagen”də çalışıram. Biz 4-4-2 sistemi ilə oynayırıq. Bəzən dəyişikliklər etməli oluruq. “Qarabağ” birinci hissədə çox yaxşı, ikinci hissədə isə nisbətən zəif oynadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*