Yalan məlumat verdiyinə görə 3 il müddətinə həbs edildibackend

Yalan məlumat verdiyinə görə 3 il müddətinə həbs edildi

Təyyarənin göyərtəsindəki bomba barədə yalan məlumat verən tacikistanlı şəxs 3,3 il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, Tacikistan əsilli 30 yaşlı Rafikjon Yusupov Rusiyanın Ural Hava Yollarına 1 milyon 850 min rubl (20,6 min dollar) təzminat ödəyib.

Hadisə bu ilin fevralında baş verib: Yusupov aviaşirkətin zəng mərkəzinə məlumat verib ki, Pulkovo hava limanından Xucəndə uçmağa hazırlaşan hamilə arvadının baqajında guya bomba var.

“Yusupov məhkəmədə peşman olub və ictimaiyyət qarşısında üzr istəyib” və bunu onunla mübahisə edən həyat yoldaşının evə valideynlərinin yanına getməməsi üçün etdiyini bildirib.

Fevral ayında Hava Limanının Mühafizə Xidməti bu xəbəri ciddi hesab edib və bütün 148 sərnişin və 8 ekipaj üzvünü təxliyə edib. Uçuş 6 saat gecikib. Bu müddət ərzində salon və baqaj kinologiya xidməti tərəfindən yoxlanılıb, lakin şübhəli heç nə aşkar edilməyib.

Qeyd edək ki, Yusupov əvvəllər məhkum olunmayıb və ilk dəfə cinayət törədib. O, təqsirini tam etiraf edib, törətdiyi əmələ görə səmimi peşman olduğunu deyib. Yusupov ailəlidir, himayəsində azyaşlı övladı var.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*