“Yalı çapkını”nın aktyorları nişanlandı”Yalı çapkını” serialının baş rol ifaçıları evlilik yolunda ilk addım atıb.
KONKRET.az baku.ws-ə istinadən bildirir ki, Mert Ramazan Demir və Afra Saraçoğlu ailə arasında keçirilən kiçik məclislə nişanlanıblar.
Bu barədə türkiyəli jurnalist Onur Akay məlumat yayıb.
O Mertlə Afranın nişanlandığını və aktrisanın atasının mərasim üçün Amerikadan Türkiyəyə gəldiyini qeyd edib.
Xatırladaq ki, serialda Afra “Seyran Şanlı”, Mert isə “Ferit Korhan” rolunu canlandırır.