Yaponiya ABŞ-la əməkdaşlıqdan İMTİNA ETDİbackend

Yaponiya ABŞ-la əməkdaşlıqdan İMTİNA ETDİ

Yaponiya hökuməti Amerikanın “Lockheed Martin” konserninin Tokioya qabaqcıl texnologiyalar verməməsi səbəbindən yeni nəsil qırıcının hazırlanmasında ABŞ-la əməkdaşlıqdan imtina etmək barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Şukan Gendai” nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Yaponiya Böyük Britaniya və İtaliya ilə əməkdaşlığa üstünlük verib.

Nəşr xüsusilə qeyd edib ki, Britaniyanın “BAE” şirkəti Yaponiya ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, sentyabrda NHK telekanalı bildirib ki, Yaponiyanın Müdafiə Nazirliyi yeni nəsil döyüş təyyarələrinin hazırlanması layihəsinə italiyalı mütəxəssisləri cəlb etmək imkanını nəzərdən keçirir, çünki İtaliyanın Böyük Britaniya ilə texniki əməkdaşlıq təcrübəsi var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*