Yaponiya əhalisi ilk dəfə bütün prefekturalarda AZALIBbackend

Yaponiya əhalisi ilk dəfə bütün prefekturalarda AZALIB

Yaponiyada yaşayan vətəndaşların sayı 14 il dalbadal azalır, əcnəbilərin sayı isə sürətlə artır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin məlumatları sübut edir.

Məlumata görə, 2023-cü il yanvarın 1-nə Yaponiyada 122,42 milyon vətəndaş yaşayıb ki, bu da bir il əvvəlkindən təxminən 800 min nəfər azdır.

Eyni zamanda, göstəricinin azalması bütün 47 prefekturada qeydə alınıb. Bu, hakimiyyət orqanlarının belə statistika aparmağa başladığı 1968-ci ildən bəri ilk dəfə baş verib.

Qeyd edək ki, son illərdə Okinavanın cənub prefekturasında, eləcə də Tokioda əhali artımı müşahidə olunur.

2022-ci ildə ölkədə 771,8 min yapon doğulub ki, bu da 1979-cu ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, ölənlərin sayı rekord həddə (1,56 milyon nəfərə) çatıb.

2023-cü ilin yanvar ayına olan məlumata görə, əcnəbilər də daxil olmaqla Yaponiyanın ümumi əhalisi 125,4 milyon nəfər təşkil edir ki, bu da ötən illə müqayisədə 511 min nəfər azdır. Yaponiyada daimi yaşayan əcnəbilərin sayı son üç ildə 10%-dən çox artaraq 2,99 milyon nəfərə çatıb. Bu da 2013-cü ildə bu cür statistikanın başladığından bəri ən yüksək göstəricidir.

Məlumata görə, 2053-cü ilə qədər Yaponiya əhalisinin 100 milyona, 2065-ci ilə qədər isə 88 milyona düşəcəyi proqnozlaşdırılır, onların 38%-i 60 yaşdan yuxarı olacaq.

Mütəxəssislərin fikrincə, əhalinin sürətlə qocalması, aşağı doğum nisbəti ilə yanaşı, dövləti yaxın gələcəkdə bir sıra problemlərlə təhdid edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*