Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirirbackend

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Rusiya şirkətlərinə qarşı ixrac sanksiyalarını genişləndirmək niyyətindədir.

KONKRET.azKyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirib.

Nazirin qeyd edib ki, hərbi və müdafiə sahəsi ilə əlaqəli olan Rusiya şirkətləri yeni sanksiyalara məruz qalacaq.

Qərar “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərkibinə daxil olmaq üçün referendumların keçirilməsi fonunda qəbul edilib.

Bundan əvvəl Avropa İttifaqı referendum keçiriləcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə bildirib.

Xatırlaqdaq ki, sentyabrın 23-dən 27-dək “DXR”, “LXR”, həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün referendumlar keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*