Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alındıbackend

Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alındı

Yaponiyada sunaminin bu saata qədər qeydə alınmış maksimum hündürlüyü 1,3 metr təşkil edib.

KONKRET.az Yaponiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasındakı Kudzi limanında 1,3 metr hündürlüyündə sunami qeydə alınıb.

Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyada əvvəlcə xəbərdarlıq, daha sonra sunami təhlükəsi elan edilib. Əksər bölgələrdə təxminən 3 metr hündürlüyündə sunami gözlənilirdi. İndiyə qədər Yaponiya sahillərində sunaminin hündürlüyü 40-30 santimetr təşkil edib.

Yaponiya Baş nazirinin ofisi nəzdində böhran qərargahı yaradılıb. Bir sıra avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, ölkənin şimal-şərqindəki Senday hava limanının uçuş-enmə zolağı bağlanıb. Ən azı 356 min nəfərin təxliyəsi elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*