Yaponiyanın İşikava prefekturasının sahillərində güclü zəlzələ oldubackend

Yaponiyanın İşikava prefekturasının sahillərində güclü zəlzələ oldu

İyunun 19-da yerli vaxtla saat 15:08-də Yaponiyanın mərkəzi hissəsində yerləşən İşikava prefekturasının sahillərində, Yapon dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri İşikava prefekturasına daxil olan Noto yarımadasında, ocağı 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan edilməyib.

Yeraltı təkanların Niiqata prefekturası da daxil olmaqla Yapon dənizi sahilində yerləşən ərazilərdə hiss olunduğu bildirilir. /AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*