Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib.
Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib.
Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb olur. Bildirilir ki, hər il bu cür tıxanmaların aradan qaldırılmasına 55 milyon avroya qədər vəsait xərclənir.
Təklif olunan qadağanın nə vaxt tətbiq oluna biləcəyi açıqlanmayıb, lakin Avropa Birliyi səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu da onu deməyə əsas verir ki, qadağa əvvəlcə Niderlandda qüvvəyə minsə də, sonradan bütün AB ölkələrində tətbiq oluna bilər.