Yasamalda avtomobildən 1200 manat oğurlandıbackend

Yasamalda avtomobildən 1200 manat oğurlandı

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yanvarın 13-də A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində “Kia” markalı avtomobildən 1200 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlimata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov müəyyən edilərək saxlanılıblar.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*