Qlobal Yaşayış qabiliyyəti indeksinə əsasən, dünyada yaşamaq üçün ən pis 10 şəhərin adı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Economist Intelligence Unit” (EIU) siyahı dərc edib.
İlk sırada Venesuelanın paytaxtı Karakas qərarlaşıb. İkinci yerdə Kiyev (Ukrayna), üçüncü isə Port Moresbidir (Papua Yeni Qvineya).
İlk “5-liy”i isə müvafiq olaraq Harare (Zimbabve) və Dəkkə (Banqladeş) tamamlayır.
Digər şəhərlər aşağıdakılardır:
6. Kəraçi (Pakistan)
7. Laqos (Nigeriya)
8. Əlcəzair (Əlcəzair)
9. Tripoli (Liviya)
10. Dəməşq (Suriya)
Natiq Səlim,
KONKRET.az