Yaşayış evini qəsdən yandıran keçmiş məhkum ƏLƏ KEÇDİ – FOTObackend

Yaşayış evini qəsdən yandıran keçmiş məhkum ƏLƏ KEÇDİ - FOTO

Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib.

Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*