Yayda ayaq barmaqları üşüyürsə – Bu xəstəliyiniz varbackend

Yayda ayaq barmaqları üşüyürsə - Bu xəstəliyiniz var

Yay fəslində ayaq barmaqlarının buz kimi soyuması sağlamlıq xəbərdarlığı ola bilər.

KONKRET.az milli.az-a istinadən bildirir ki, həkimlər bu vəziyyətin əsas səbəblərini açıqlayıblar. Mütəxəssislərə görə, barmaqların tez soyuması damar problemləri, periferik arteriya xəstəliyi və ya damarların daralması ilə bağlı ola bilər. Həmçinin, Raynaud sindromu, qan dövranının zəifliyi, aşağı qan təzyiqi, dəmir və B12 vitamini çatışmazlığı, eləcə də sinir zədələnmələri bu simptomu yarada bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, əgər yayda belə simptom davam edirsə, ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər və mütləq həkimə müraciət edilməlidir.

Qeyd edək ki, barmaqların soyumasının qarşısını almaq üçün ev şəraitində isti ayaqqabı və corablardan istifadə, ayaqları müntəzəm hərəkət etdirmək faydalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*