Bal və turşu suyu ayrı-ayrılıqda sağlamlıq üçün çoxsaylı faydalar təqdim etsə də, birlikdə qəbul edildikdə bu təsir daha da güclənir.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu təbii qarışım həm immun sistemini gücləndirir, həm də həzm prosesini dəstəkləyir.
Bal özünün təbii antibakterial və antioksidant xüsusiyyətləri ilə orqanizmi infeksiyalardan qoruyur. Turşu suyu isə probiotik təsiri sayəsində bağırsaq florasını gücləndirərək həzmi yaxşılaşdırır. İki məhsulun birləşməsi immun sisteminin balanslaşdırılmasına və ümumi bədən müqavimətinin artırılmasına kömək edir.
Turşu suyu tərkibindəki faydalı bakteriyalarla həzm sisteminin daha səmərəli işləməsini təmin edir, bal isə mədədə yumşaldıcı və bərpaedici təsir göstərir. Xüsusilə yeməkdən sonra qəbul edildikdə, bu qarışım şişkinlik və həzmsizliyin qarşısını almağa kömək edir.
İdmançılar arasında da populyarlıq qazanan bu qarışım əzələ kramplarını azaltmaq üçün də istifadə olunur. Bal təbii şəkər mənbəyi olaraq bədəni sürətlə enerji ilə təmin edir, turşu suyu isə fiziki aktivlik zamanı itirilən elektrolitləri bərpa edir.