Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALIbackend

Yazıçılar Birliyində “üzvlük haqqı” QALMAQALI

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısında üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib.

KONKRET.az bildirir ki, bu barədə “Report”a AYB-dən məlumat verilib.

Bildirilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var.

Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*