Yeddiqat dünya çempionu Azərbaycan Qran-prisinə pit-leyndən başlayacaqbackend

Yeddiqat dünya çempionu Azərbaycan Qran-prisinə pit-leyndən başlayacaq

“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hamilton Azərbaycan Qran-prisinin start cədvəlində yeddinci yeri itirib.

KONKRET.az FİA-nın saytına istinadən xəbər verir ki, britaniyalı yarışa pit-leyndən başlayacaq.

Kvalifikasiyadan sonra “Mercedes” mühərriki və Lyuisin avtomobilindəki bir neçə komponenti, o cümlədən turbin və generatorları dəyişdirmək qərarına gəlib. Hamilton bir mövsüm üçün komponentlərin dəyişilməsi üzrə icazə verilən miqdarı artıq keçdiyi üçün cəza alıb.

Amma Bakıda pit-leyndən təkcə Lyuis Hamilton başlamayacaq. Esteban Okon və “Alpin” pilotu Pyer Qasli də onu müşayət edəcək. Sonuncu təsnifat mərhələsində yanacaq sərfiyyatı qaydalarını pozduğuna görə cəzalandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*