Yeltsinin arvadı xəstəxanaya yerləşdirildibackend

Yeltsinin arvadı xəstəxanaya yerləşdirildi

Rusiyanın ilk prezidenti Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina son zamanlar özünü pis hiss edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya KİV-nə onun rəfiqəsi və Ural Politexnik İnstitutunda tələbə yoldaşı olmuş Valentina Şmakova bildirib.

“Naina son vaxtlar tez-tez xəstələnir. Daim telefonla danışırıq. İki həftə əvvəl qızına yazdım, Tatyana mənə cavab verdi: “Anam xəstədir””, – Valentina Şmakova bildirib.

O əlavə edib ki, indi də Naina Yeltsina özünü yaxşı hiss etmir: “təzyiqi yüksəlir. Dünən onun üstünə təcili yardım çağırılıb.
Naina Yeltsinanın xəstəxanaya yerləşdirilməsi dekabrın 12-də məlum olub. O, özünü pis hiss edib, həkimlər onu müşahidə altına almaq qərarına gəliblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*