Yəmənin şimalında Qəzza zolağına döyüşçülər göndərmək üçün ümumi səfərbərlik başlayıb.
KONKRET.az xəbər verir ki, bunu şiələrin “Ənsar Allah” yarımhərbi qruplaşmasının Siyasi Bürosunun üzvü Xuzam Əsəd deyib.
“Qəzza zolağındakı insanlara dəstək üçün ümumi xalq səfərbərliyinə gəlincə, o, bütün əyalətlərdə başlayıb. Təlim düşərgələri açılıb, on minlərlə gənc könüllü olaraq hərbi vərdişlərə yiyələnir”.
Husilərin nümayəndəsi daha sonra qeyd edib ki, Yəmən Respublikası nizami orduya və inkişaf etmiş hərbi potensiala malik olduğundan, Şimali Yəmənin hakimiyyət orqanlarının tərəfində hərbi əməliyyatlarda təlim keçən ehtiyatda olan hərbçilərin iştirakına ehtiyac yoxdur.
Vəli Həsənov,
KONKRET.az