Yəmən husiləri Qırmızı dənizdə ağalıq edirbackend

Yəmən husiləri Qırmızı dənizdə ağalıq edir

İtaliya Qırmızı dənizdəki gəmilərini Yəmən husilərinin hücumlarından qorumaq üçün dəniz koalisiyasına qoşulmağı düşünür.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan daha əvvəl jurnalistlərə bildirib ki, Vaşinqton Qırmızı dənizdə işçi qrupunun yaradılması ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır.

Məsələnin həssaslığını nəzərə alıb adının çəkilməsini istəməyən italyan mənbə bildirib ki, Roma da koalisiyaya qoşulmaq üçün müraciət edib.

ABŞ, İngiltərə və Fransa donanmaları gəmilərini husilərdən qorumaq üçün Qırmızı dənizdəki qüvvələrini artırıb. Yəmənin böyük hissəsini idarə edən husilər fələstinlilərə həmrəylik nümayişi etdirərək, İsrailin Qəzza zolağına hücumunu dayandırmağa çağırıb. Husilərin hücumları Asiya ilə Qərb arasında transit yük daşımasına ciddi təsir edir. İndi husilər Qırmızı dənizdən malların daşınmasına mane olduğundan qlobal iqtisadiyyat üçün təhlükə yaranıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*