Yeni “Cadillac Escalade IQ” təqdim edildi – FOTOLAR/VİDEObackend

Yeni "Cadillac Escalade IQ" təqdim edildi - FOTOLAR/VİDEO

ABŞ-ın aparıcı avtomobil istehsalçısı “General Motors” (GM) şirkəti güclü “Cadillac Escalade IQ”nu təqdim edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil 761 at gücündədir və tam şarjla 725 kilometr məsafə gedə bilir.

Məlumata görə, satışların başlanması 2024-cü ilə planlaşdırılır. Avtomobilin ilkin qiymət 130 min dollar təşkil edir.

Belə ki, yanacağa qənaət edən “Escalade” ilə tam elektriklə işləyən yolsuzluq avtomobili ümumi görünüşə malikdir.

Avtomobildə arxa təkərlərin maksimum əyilmə bucağı 10 dərəcə, təkərin diametri isə 24 düymdür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*