“Yeni Həyat Şirkətlər Qrupu” MMC Bakının Xətai rayonunda yerləşən “Azure Residence”in binasında istilik sisteminin dayandırılması ilə bağlı yayılan məlumata münasibət bildirib.
KONKRET.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, deyilənlər həqiqətə uyğun deyil.
“Davud Məmmədovun (sakin-red) ictimaiyyətə verdiyi məlumat tamamilə yanlışdır. “Azure Residence” mərkəzi qazanxana sistemi ilə təchiz edilmiş premium yaşayış kompleksidir. Binada yaşayan sahə mülkiyyətçilərini ümumi əmlakın saxlanması xərclərini vaxtında ödənilməsinə mane olur və nəticədə aidiyyatı (Azərişıq ASC, Azəriqaz İB, Liftlərin servisi, Məişət tullantılarının daşınması və sair) qurumlara kreditor borc yarandığından xidmətlər zəifləmişdi. Davud Məmmədov bina sakinləri arasında ödəniş edilməməsinə çağırış edərək kommunal yığımların aşağı salınmasına nail olmuş və nəticə etibarilə gördüyünüz kimi bina sakinlərinin rahat həyat şəraiti pozulub. Bundan əlavə, bir sakinin müraciəti ilə məhkəmə qərarı (yerli baxış keçirilmədən və digər 323 sakinin istəklərini nəzərə almadan) binanın bələdiyyəyə təhvil verilməsi ilə bağlı qərar qüvvəyə minən kimi tərəfimizdən xidmətlərin dayandırılması, təhvil-təslim verilməsi ilə əlaqədar bildirişlər elan lövhələrində və əlçatan yerlərdə yerləşdirilib.

Davud Məmmədov
Həmçinin də bu işdə bizə dəstək olmaları üçün Xətai rayon Bələdiyyəsinə müraciət edilmişdir. Davud Məmmədov təhvil təslim prosedurundan yayınaraq obyekti qeyri qanuni “ələ keçirmə” reydi aparıb! Hazırda özbaşınalıq edərək sakinlərdən vəsait toplayır! Ən təəssüf doğuran hal isə odur ki, yazıda qeyd olunan şikayətçi Davud Məmmədov – Vəkillər Kollegiyasının üzvü, hüquqşünas olmasına baxmayaraq, məsələləri hüquqi müstəvidə deyil, mətbuat üzərindən, təzyiq və təhqir yolu ilə həll etməyə çalışır. Bu, həm peşə etikası, həm də vəkil davranış qaydalarının pozulmasıdır. Kütləvi informasiya vasitələrinə müraciət etməyi son çıxış yolu seçən Davud Məmmədov bu addımla ajiotaj və çaşqınlıq yaradaraq sakinlərin rahatlığının pozulmasına dair atdığı addımı ört-basdır edərək yaranmış vəziyyətdən yayınmaq istəyir. Ümid edirik ki, Davud Məmmədovun bu hərəkətlərinə hüquq-mühafizə orqanlarında və vəkillər kalleqiyasında qiymət veriləcək”.
