“İrəvanın düz ürəyində yeni müharibə başlaya bilər”.
KONKRET.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Ovannisyan deyib. O bildirib ki, yeni müharibə İrəvanın mərkəzinədə olacaq.
“Təəssüf ki, yeni itkilər, qaraya geyinmiş yeni analar olacaq. Bu müharibə 1915-ci ildə başlayıb və indi daha aktiv fəaliyyətə qədəm qoyub.
İndi müəyyən hadisələrə görə, nə dörd günlük, nə də qırx dörd günlük müharibəyə bənzəməyəcək bir müharibənin şahidi olacağımız istisna deyil. O, paytaxt İrəvanın düz ürəyində partlaya bilər, çünki düşmən daim öz taktikasını dəyişir”, – deyə Ovannisyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az