Yeni plan! – “Bakıda ancaq deputatlar və nazirlər ev ala biləcəklər”backend

Yeni plan! - “Bakıda ancaq deputatlar və nazirlər ev ala biləcəklər”

Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planı bahalaşma yaradacaq. MTK-lar belə bir yükün altına girsələr belə, ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin qiymət artımı ilə nəticələnəcək. Bu hər şeydən əvvəl Mənzil-Tikinti Kooperativləri, tikinti şirkətləri üçün əlavə xərc deməkdir.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.  Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planını şərh edən ekspert deyib ki, sözügedən plan təsdiq olunduğu təqdirdə  tikinti  şirkətləri köhnə binaları söküb, yerində yeni bina tikməyə və üstəlik sakinləri yeni mənzillərlə təmin etməyə maraqlı olmayacaq:

“Bu şərtlərlə bina tikmək maddi cəhətdən xeyli miqdarda əlavə vəsait tələb edir. MTK-lar belə bir yükün altına girsələr belə, ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək. Mənzilin bir kvadratmetrinin başa gəlmə dəyəri indiki qiymətlərlə müqayisədə xeyli artmış olacaq ki, bu da MTK-ların gəlir əldə etmək imkanlarını məhdudlaşdıracaq. Hesab edirəm ki, bu qadağaları paytaxt ərazisi üzrə tətbiq etmək onsuz da sıravi vətəndaşlar üçün əlçatmaz olan  qiymətləri daha da qaldıracaq.  O zaman da Bakıda ancaq millət vəkilləri, nazirlər və digər yüksək vəzifəli idarə rəisləri  ev ala biləcək”. /Sherg.az

  • Rəhim.Huseynov.
    Mart 2, 2023 - 04:27

    Bəsdir gözəl şəhərimizi bərbad günə saldınız Bakıda köhnə binalar sökülməlidir.yerində isə parklar salınıb ağaclar əkmək lazımdır.probka əlindən şəhərə çıxmaq olmur.binalar şəhərdən kənarda tikilməlidir.yeni yaşayış massivləri salmaq lazımdır.belə olsa qiymət də qalxmaz.nəfəs də almaq olar.probka da azalar.

  • Ülviyyə İsgəndərova
    Mart 3, 2023 - 00:28

    Mənə öz yaşadığım ərazidə kommunal şəraiti olan ev versinlər. Bakıda ev mənə lazım deyil. Ən əsası qadınlar üçün pensiya yaşını 55-də etsinlər. Kredit götürüb ev alarıq.

  • SENAN
    Mart 3, 2023 - 11:44

    Ay başı boş xalqım bina evi almayın həyət evi tikin qoy acgöz şirkətlər müflüs olsun onlar insanlara ev değil məzar tikir bunu anlamayacaq qədər avam küt olmayın

SENAN üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*