Yeni təhsil naziri: “Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”backend

Yeni təhsil naziri: “Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”

“Bizdə məktəb hələ də kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır”.

KONKRE.az azedu.az-a istinadən xatırladır ki, bu ilin fevral ayında Təhsil Nazirliyinin aparatının əməkdaşları, yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Təhsildə keyfiyyətin təminatı”na dair müşavirədə o vaxt Təhsil İnstitutunun direktoru işləyən Emin Əmrullayev maraqlı çıxışlarla yadda qalıb.

O, orta ümumtəhsil müəssisələrinin bu şəkildə rəsmiləşməsində hər hansı fayda görmədiyini bildirib:

“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir.  Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub: “Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.

Emin Əmrullayev təhsildə keyfiyyət təminatından bəhs edərkən aşağıdakı məsələlərə toxunub:

“Nə istəyirik? Bunun üçün bizə hansı alətlər lazımdır? Bunlar çox əsasdır. Vasitələr həmin hədəflərə uyğun seçilib, düzgün, yerində istifadə edilsə, əminəm ki, nəticə verəcək. Çünki burada mürəkkəb bir problem yoxdur. Bunun üçün böyük bir bacarıq da tələb olunmur. Sadəcə istək və düzgün yanaşma kifayətdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Emin Əmrullayev təhsil naziri təyin edilib.

KONKRET.az

  • Jena
    İyul 28, 2020 - 09:05

    Belə baxıram birazdan süpürgəçiynən müəllimin fərqi olmuyacaq.təsil bir söznən oturacaq .bütün ölkələrdə müəllim müqqədəsdir bir bixim ölkə xaric..

    • Z
      İyul 28, 2020 - 14:26

      Supurgeci insan deyil.Muellimin muqeddesliyi 19 cu esirde qaldi.indi Bezileri Muellim adina bele laiq deyil.

    • Vəfa
      İyul 29, 2020 - 13:14

      Əgər bir məmuru müəllimlər üstün tutursa ,onun muəllimə olan munasibəti görünür. Yazığ müəllim gor kimlərin sözüylə oturub-dururam. Dağıl ay dunya.müəllimin haqqįnI yeyənə kəfən qismat olmasin.

  • Gültəkin
    İyul 28, 2020 - 21:00

    Müəllimin, alimin müqəddəs sayıldığı bütün dövrlərdə də o məhz sadəliyi ilə seçilmişdir:geyim sadliyi, davranış və rəftar sadəliyi ilə. Məgər Platon, Xətib Təbrizi, Mirzə Şəfi Vazeh, A. Eynşteyn, M. Ə. Sabir… yüzlərcə başqaları… dəbdəbəli yaşayır, ekstravaqant geyinirdilər, ya özlərini məmur kimi aparırdılar? Tarix isə məhz onların adlarını yaşadıb.

  • gulane bayramova
    İyul 28, 2020 - 21:10

    Bir olkede en yuksek maaw hekime bide mellimeye vermek lazim . Cunki insani formalawdiran muellim heyata qaytaran hekimdir.. muellimenin memurdan ne eksikliyi varki anlamadim. Hemin memura tehsili verende muellimlerdir..

  • Əziz Musayev
    İyul 28, 2020 - 23:26

    Hörmətli məmur müəllim bütun məmurlardan yüksəkdir.

  • Muəllim
    İyul 28, 2020 - 23:37

    Müəllim məmurdan müqayisə olunmaz yüksək səviyyədir. Bunu anlamayanlar cahildirlər.

  • Ceyhun
    İyul 29, 2020 - 06:38

    Məmurlarımız rüşvətdən şişir, müəllimlərimiz isə məmurların hörmətsizliyinden

  • ….
    İyul 29, 2020 - 13:17

    Ama deyilən sözlər düzdür. Indiki dövrdə müəllimə sanki dərsə yoxx toya yada nişana gedir. Elə bəzənib düzənirler ki məəttəl qalırsan ki bular dərs keçməyə bilik öyrətməyə gəlir ya yoxx???!!. Onun üçün mən Təhsil Nazirliyinin dediyi sözlərə qatılıram…

  • Mahmud
    İyul 30, 2020 - 11:09

    Bəli, mellimler cəmiyyətin qurucusudurlar bunu həm sözləri ,davranışları və nümunə olmağa həyata keçirirlər,lakin bəziləri görüntüdə nümunə olmaği bezenib düzenin toya məclisə gedər kimi olmağla qarışdırırlar
    yaxşı nümunə olmagdan sadə və gözəl geyim kecicden gedir
    Mellimede açıq saçıq dizdən yuxarı geyimi dodağı qaş gözü boyali olmagla bu gənc yetiyetme qizlara hansı nümunə olacaq!?
    Və yeniyetmə oğlanlarda neye fikir verecekler izah edermisiz ?burda Nazirin sözlerin düzgün başa dusmuyenlere soruşuram?

  • Guluu
    İyul 31, 2020 - 09:59

    Ne bilim vallah onu bilirem her wey adilewib

  • Kamil
    Avqust 2, 2020 - 13:27

    Gözəl geyinməklə özünü məmur kimi aparmağın nə əlaqəsi var ki?

  • İsmət
    Avqust 2, 2020 - 21:01

    Her yoldan keçəni kresloda oturanda ağzina geleni danişacaq yeni söz deme yeni iş gor

Əziz Musayev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*