Yeniyetmə qızla cinsi əlaqədə şübhəli bilinən şəxs Rusiyadan ekstradisiya edildibackend

Yeniyetmə qızla cinsi əlaqədə şübhəli bilinən şəxs Rusiyadan ekstradisiya edildi

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib.

Bu barədə KONKRET.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilmişdir. Şəmkir rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. R.Mustafayev 24.08.2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılmışdır. 09.02.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiya Federasiyasından Azərbaycana gətirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*