Yeniyetmələrin faciəli ölümü ilə bağlı cinayət işi başlandı – YENİLƏNİBbackend

Yeniyetmələrin faciəli ölümü ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, ikin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları – əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

12:26

Sabirabadda su kanalında əkiz qardaşları və qohumunu elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları – əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*