Yermak Rubio ilə görüşdü: Rusiyaya qarşı çağırış…backend

Yermak Rubio ilə görüşdü: Rusiyaya qarşı çağırış...

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yermak Teleqram kanalında yazıb.

O qeyd edib ki, Rubio ilə cəbhədəki vəziyyəti müzakirə edib, həmçinin Ukraynaya dəstəyin gücləndirilməsinin vacibliyindən danışıb.

O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi çağırışını təkrarlayıb.

Qeyd edək ki, Yermak daha öncə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*