Yerüstü keçid var, eskalatoru isə yox – Ekspert: “Bu keçidləri quraşdırarkən düşünmək lazımdır ki…”backend

Yerüstü keçid var, eskalatoru isə yox – Ekspert: “Bu keçidləri quraşdırarkən düşünmək lazımdır ki…”

Hər birimiz paytaxtda piyadaların yolları rahat və təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlərin yaradıldığının şahidiyik.

Amma Bakının yerüstü keçidlərinin bəzilərində eskalatorlar yoxdur.

Həmin keçidlərdəki eskalatorların olmaması xüsusilə də yaşlı, əlilliyi, səhhətində problemi olan insanların bu keçidlərdən istifadəsini çətinləşdirir.

Onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir.

Eskalatorlar olmadığı üçün insanlar məcburi şəkildə keçidlərdən piyada enib-qalxırlar.

Bu hal şəhərin bir sıra ərazilərində müşahidə olunur.

Yersüstü keçidlərin uzun pilləkənlərini qalxmaqda yaşlı və səhhətində problem olan şəxslər çətinlik çəkirlər.

Hətta həmin pilləkənlərdə uşaq və əlil arabalarının keçməsi üçün də yer qoyulmayıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a bildirib ki, yerüstü keçidlərin bəzilərinə liftlər və digər elektron vasitələrin quraşdırlması həyata keçirilib.

“Liftlərin quraşdırılması hündürlüyü 5 metrdən yüksək olan keçidlər üçün xarakterikdir.

Hündürlüyü 5 metrdən aşağı olan keçidlərə eskalatorların quraşdırılması əhəmiyyət kəsb eləmir.

Lakin 5 metrdən hündür olan yerüstü keçidlərdə ya eksalatorlar, ya liftlər, ya da başqa mexaniki qurğular quraşdırılmalıdır.

Çünki əhali yalnız sağlam insanlardan ibarət deyil, yaşlı, xəstə, uşaqlı insanlar da var.

Bunlar hamısı nəzərə alınmalıdır”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, yeraltı və yerüstü keçidlərin quraşdırılmasında diqqətli olmaq lazımdır.

“Keçidlərin quraşdırılması zamanı ən birinci təhlükəsizliyi, ikincisi isə səmərəliliyi nəzərə almaq lazımdır.

Quraşdırılan keçiddən kimsə istifadə etməyəcəksə niyə buna xərc çəkilsin axı?!

Keçid quraşdırılır və əhali yoldan istfadə edirsə, maşın kimisə vurub öldürdüsə keçidlərin təhlükəsizliyi hanı?!

Ona görə də təhlükəsizlik və səmərəlilik prinsipləri nəzərə alınmalıdır”.

Ərşad Hüseynov bildirib ki, sürətli hrəkət olan, şəhərətrafı yollarda, şəhərə çıxış yollarında keçidlər quraşdırılmalıdır.

“Məsələn, Heydər Əliyev, Ziya Bünyadov, Nobel prospektində yüksək sürət müşahidə edilir.

Bu kimi yerlərdə yerüstü keçidlər quraşdırılmalı və təhlükəsizlik prinsipi nəzərə alınmalıdır.

Şəhərətrafı ərazilərdən, Buzovna və Qala qəsəbəsində belə keçidlərə mütləq ehtiyac var.

Yəni ki, bu keçidləri quraşdırarkən düşünmək lazımdır ki, onlar piyadaların daha çox ehtiyacı olan yerlərdə olsun və həmin keçiddən rahat istifadə edilə bilsin.

Ahıllar, xəstələr, uşaq arabasından istifadə edən analar nəzərə alınmalıdır.

Ona görə də yerüstü keçidlərə eskalatorların yerləşdirilməsi vacib məsələdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*