Yevlaxda ağır qəza: yaralıların son durumu açıqlandıbackend

Yevlaxda ağır qəza: yaralıların son durumu açıqlandı

Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

“Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir”, məlumatda deyilir.

Qeyd edək ki, Yevlaxda minik maşını avtobusla toqquşub, 6 nəfər xəsarət alıb. Xəsarət alanların tibb işçiləri olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*